IQNA

20:26 - November 29, 2021
Xəbər sayı: 3491282
Fransalı tədqiqatçılar, fransız şərqşünas və islamşünas Louis Massignonu dünya ictimaiyyətinə mümkün qədər tanıtmaq üçün "Louis Massignon" adlı sayt açıblar.

"İQNA"nın verdiyi xəbərə əsasən, Fransız tədqiqatçılar, uzun illər "Do France" Kollecində ustad olan və müxtəlif İslam mövzuları, o cümlədən təsəvvüf üzrə ixtisaslaşan fransız şərqşünas və islamşünas "Louis Massignon" adlı sayt açıblar.

İranın Fransadakı mədəniyyət məsləhətçisinin sözlərinə görə, onlar əsərlər, mühazirələr və mövcud resursları toplayaraq Massignonun dinlərarası dialoqun qabaqcıllarından biri kimi daha yaxşı tanınmasını istəyirlər.

Louis Massignon, fransız şərqşünası, islamşünası və İslam tarixi üzrə tədqiqatçı idi. Xristian və katolik olmasına baxmayaraq, həmişə İslamı yaxşı tanımağa və tanıtdırmağa çalışırdı. Buna əsasən, o, Qərbin İslama baxışına böyük təsir göstərə bildi.

"Louis Massignon" veb-saytı "https://louismassignon.fr" ünvanında fəaliyyət göstərir.

4017090

Ad:
E-poçt:
* Comment:
* captcha: