IQNA

19:18 - December 07, 2021
Xəbər sayı: 3491330
Məscidül-həram Zəvvarlarının İdarəetmə Mərkəzinin direktoru, zəvvarlara daha çox xidmət göstərmək üçün giriş-çıxış yollarının genişləndirildiyini bildirib.

"İQNA", "Əl-yəvm"-ə istinadən xəbər verir ki, Məscidül-həramın Zəvvarlarının İdarəetmə Mərkəzinin Rəhbəri məlumat verib ki, Məscidül-həramın giriş-çıxışları Allah evinin zəvvarlarına daha çox xidmət göstərmək və ayinlərin icrasını asanlaşdırmaq üçün genişləndirilir. Zəvvarların sağlamlığını qorumaq üçün bütün şərait sağlamlıq protokollarına uyğun yaradılmışdır.

Əbdül Hafiz Əl-Səbiti, əlil arabalarının Məscidül-hərama daxil olması mexanizmini izah edərək deyib: "Məscidül-həramın giriş-çıxışını asanlaşdırmaq üçün əlil arabalarına məxsus iki yol ayrılıb."

Həmçinin yaşlılar və xüsusi qayğıya ehtiyacı olan insanlar üçün xüsusi yol da nəzərdə tutulub.

4019057

Ad:
E-poçt:
* Comment:
* captcha: