IQNA

ABŞ-ın Men ştatında ilk müsəlman bələdiyyə sədri vəzifəsinin icrasına başlayıb

14:25 - December 08, 2021
Xəbər sayı: 3491334
ABŞ-ın Men Şəhər Şurasının müsəlman üzvü, şəhərin ilk müsəlman meri olub.

"İQNA", "Associated Press"-a istinadən xəbər verir ki, Men ştatının Cənubi Portlend şəhərinə seçilən ilk müsəlman Deqa Dhalac, indi bələdiyyə sədridir.

O, ştatın dördüncü böyük şəhərinin meri olub. Şəhər seçiciləri 2018-ci ildə Dalakı şuraya seçiblər və bu il 7 nəfərdən ibarət şura onun merliyə yüksəldilməsinə qərar verib.

Dalak ABŞ-a Somalidən mühacirət edib və sosial fəaliyyətlə məşğul olub. O, şəhərin beşinci rayonunu təmsil edir.

Müsəlman vətəndaş hüquqları təşkilatı olan Amerika-İslam Münasibətləri Şurasının (CAIR) sözçüsü İbrahim Huper, Dalakın Amerika müsəlmanlarının yeni nəslini ruhlandırmağa kömək edəcəyinə ümid etdiyini söyləyib. Çünki onlar daha yaxşı cəmiyyətin qurulmasında böyük rol oynayırlar.

4019237

Ad:
E-poçt:
* Comment:
captcha