IQNA

Ərdoğan: Qüds bütün İslam dünyasının ortaq işidir

19:55 - December 10, 2021
Xəbər sayı: 3491346
Türkiyənin dövlət başçısı Qüdsü bütün İslam dünyasının ortaq işi adlandırıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Səhərtv-yə istinadla xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının İstanbulda keçirilən 16-cı Konfransının açılış mərasimində çıxış edən Rəcəb Təyyib Ərdoğan deyib ki, Qüdsü qorumaq qanunu, sülhü və sivilizasiyanı qorumaqdır.

Prezident Ərdoğan Fələstin məsələsinin hər kəsi bir araya gətirən və İslam Əməkdaşlıq Təşkilatının yaranmasına töhfə verən Qüds amalına toxunaraq qeyd edib: “Qüds davası təkcə Fələstindəki bir cəsur müsəlmanların davası deyil, həm də bütün İslam dünyasının ortaq işidir. Qüdsü müdafiə etmək, insanlığı qorumaq, Qüdsü qorumaq haqqdan, qanundan, sülhdən, ədalətdən, sivilizasiyadan asılıdır. Təşkilatın varlığının məqsədi olan Fələstin davası gündəmimizin başında olmağa davam edir”.

Ərdoğan söhbətinin davamında deyib: “İkinci Dünya Müharibəsi zamanı Avropada guya yəhudilərə qarşı törədilən soyqırımın əvəzini fələstinlilərə ödəməyə məcbur etmək ədalətsizlik və vicdansızlıqdır. Fələstində qan, göz yaşı və zülmə son qoyulmalıdır.”

Ad:
E-poçt:
* Comment:
captcha