IQNA

İraqlı tələbələr arasında keçirilən Quran müsabiqəsinin qalibləri açıqlanıb

20:28 - December 13, 2021
Xəbər sayı: 3491364
Dekabrın 12-si bazar günü gecə Kufə məscidində İraq universitet tələbələri üçün yeddinci milli Quran müsabiqəsinin bağlanış mərasimi keçirilib. Qurani-Kərimin hifzi və qiraəti üzrə bu yarışların ən yüksək yer tutanlarının adları açıqlanıb.

"İQNA", İraqdan xəbər verir ki, iraqlı tələbələrin Qurani-Kərimin hifzi və qiraəti üzrə yeddinci milli müsabiqəsinin koordinasiya komitəsi, ötən gecə Həzrət Zeynəbin (s) mövludu münasibətilə Kufə məscidində müsabiqənin bağlanış mərasiminin keçirildiyini bildirib. Bu mərasimdə müsabiqənin qalibləri elan edilib.

 Qurani-Kərimi əzbərləmək sahəsində Vasit Universitetindən Məhəmməd Əkrəm Nais birinci yerə layiq görülüb. İkinci yeri Bəsrə Universitetindən Həsən Əbdür-Rza Abdulla tutub. İslam Universitetindən Muhamməd Talib Möhsin də üçüncü olub.

Qiraət sahəsində də Babil Universitetindən Həsən Əla Sahib birinci yerə layiq görülüb. Ondan sonra Kərbəla Universitetindən Mömil Riyad Həsən ikinci və Meysan Universitetindən Muhamməd Şavi Məhbəş üçüncü olub.

Kufə məscidinin dini işlər şöbəsinin müdiri Şeyx Hadi Zəncil, müsabiqənin bağlanış mərasimindəki çıxışında Qurani-Kərimə bağlı olmağa və vəhy kəlamını tərk etməməyə çağırıb.

O, qeyd edib ki, tarixçilər, Həzrət Zeynəbin (s) Kufədəki evində qadınlar üçün Quranın təfsiri və müxtəlif elmlər üçün məclis keçirdiyini bildiriblər.

O, vurğulayıb ki, müsəlmanlar nə zaman Qurani-Kərimə yaxınlaşsalar, izzətlənər, ondan üz döndərdikdə isə zillətə düşərdilər.

Ad:
E-poçt:
* Comment:
captcha