IQNA

Azərbaycanda bu il körpələrə ən çox hansı adlar qoyulub?

14:18 - December 26, 2021
Xəbər sayı: 3491448
Son 5 ildə də ən çox üstünlük verilən oğlan adları Yusif, Əli, Hüseyn, qız adları isə Zəhra, Zeynəb, Məryəm olub.

Cari ildə uşaqlara ən çox Zəhra və Əli adları qoyulub. Sputnik Azərbaycan-ın Ədliyyə Nazirliyinə istinadən xəbərinə görə, bu il ərzində 1625 körpəyə Zəhra, 1624 körpəyə isə Əli adı qoyulub.

Oğlan adları arasında ən çox üstünlük verilən adlar sırasında sonrakı yerdə Yusif adı olub. Belə ki, cari ildə 1548 körpəyə Yusif adı qoyulub. 1505 körpəyə Hüseyn, 1486 körpəyə Uğur adı qoyulub.

Qız adarı sırasında isə sonrakı yerdə Zeynəb adına üstünlük verilib. Cari ildə 1 275 körpəyə bu ad qoyulub. 1217 körpəyə isə Məryəm adı qoyulub.

Qeyd edək ki, son 5 ildə də ən çox üstünlük verilən oğlan adları Yusif, Əli, Hüseyn, qız adları isə Zəhra, Zeynəb, Məryəm olub.

Ad:
E-poçt:
* Comment:
captcha