IQNA

Ohayo İmamının qatilinin tutulmasına səbəb olan məlumat üçün 10.000 dollar mükafat

17:36 - December 27, 2021
Xəbər sayı: 3491458
Amerika-İslam Münasibətləri Şurası (CAIR), Ohayo şəhərinin mərkəzindəki Kolumbus məscidinin imamının qatilinin tutulmasına səbəb olacaq məlumat üçün 10 min dollar mükafat təyin edib.

"İQNA", "Əl-Qüds Əl-Ərəbi"-yə istinadən xəbər verir ki, Ohayo ştatının polisi ötən həftə Columbus Forest ərazisində yük maşınında tapılan cəsədin məscidin itgin düşmüş imamına aid olduğunu təsdiqləyib. Onun qətl edildiyi bildrilir.

Ohayo ştatındakı məscidin başqa imamı Horşid Nuh, "Columbus Dispatch"-ə belə deyib: "Muhəmməd Həsən Adəm evsizlərə yemək vermək və gəncləri narkotik və zorakılıqdan uzaq durmaq üçün maarifləndirmək səyləri ilə tanınırdı.

Amerika-İslam Münasibətləri Şurası (CAIR), cinayətdə iştirak edən hər kəsin həbsinə və mühakimə olunmasına səbəb olan məlumat üçün 10 min dollar mükafat təyin edib.

4023828

Ad:
E-poçt:
* Comment:
captcha