IQNA

11:44 - January 02, 2022
Xəbər sayı: 3491490

Müsəlman hüquq müdafiəçiləri zorakılığa son qoyulacağına ümid edirlər

Nigeriyanın Müsəlman Hüquq müdafiəçiləri Qrupu yeni il mesajında ölkədəki zorakılıqların sona çatacağına ümid etdiyini bildirib.

Müsəlman hüquq müdafiəçiləri zorakılığa son qoyulacağına ümid edirlər

"İQNA", "Daily Post"-a istinadən xəbər verir ki, MURIC-in direktoru İshaq Akintola Yeni il mesajında ​​belə deyib: "Nigeriyalılar 2022-ci ilin əvvəlində bütün cinayət əməllərini, yalan xəbərlər və nifrət nitqlərini dayandırmalıdırlar. Həmçinin ölkələrinə müsbət münasibət bəsləyərək Allaha şükür etməlidirlər."

O, bildirib ki, Allah bu ölkəyə rəhm edib. Bir çox başqa ölkələrdə zəlzələlər, vulkanlar, sürüşmələr, yanğınlar və s. yaşansa da, Nigeriya təbii fəlakətlərdən amandadır. Təkcə 2021-ci ildə dünyanı 10 təbii fəlakət silkələdi. Ancaq Nigeriyada onların heç biri baş vermədi. Bununla belə, nigeriyalıların özləri başqalarını öldürmək, yaralamaq (dini və etnik gərginlik), ictimai və şəxsi mülkiyyəti məhv etmək kimi fəlakətlər yaratdılar.

4025066

captcha