IQNA

Pakistan, hindistanlı müsəlman qadınların təhqir edilməsini pisləyir

12:54 - January 06, 2022
Xəbər sayı: 3491517
Pakistanın Xarici İşlər Nazirliyi, tanınmış müsəlman qadınların Hindistanda onlayn hərracda satılması təklifini kəskin şəkildə pisləyib.

"İQNA", "TRT Ərəbcə"-yə istinadən xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, bu addımı "son dərəcə iyrənc" adlandırıb. Bunun müsəlman qadınları alçaltmaq, onlara əziyyət etmək və təhqir etmək məqsədi daşıyır.

Bu bəyanatda Pakistan bir daha beynəlxalq ictimaiyyəti, xüsusilə BMT və beynəlxalq insan haqları təşkilatlarını Hindistanda İslamofobiya və müsəlmanlara qarşı şiddətli hücumları dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.

Jurnalistlər, ictimai fəallar və aktyorlar da daxil olmaqla, 100-dən çox tanınmış hind müsəlman qadınının şəkilləri bu yaxınlarda onların icazəsi olmadan internet saytında yerləşdirilib, ardınca isə onları satmaq təklifi irəli sürülüb.

4026601

captcha