"İQNA", "hespress.com"-a istinadən xəbər verir ki, mərakeşli fəallar Facebook sosial şəbəkəsində ölkənin Vəqflər və İslam İşləri Nazirliyinə Quranın nüsxələrini məscidlərin boş rəflərinə qaytarmağa çağıran "Azad et" həştəgini paylaşıblar.
Mərakeşli fəal Əbdus-Səməd Muxlis bu barədə deyib: "Məscidlər bir neçə ay əvvəl açılıb. Lakin Quran nüsxələrinin bu ibadət yerlərinə qaytarılmasına icazə verilməyib."
O, əlavə edib ki, artıq ibadət edənlər məscidlərə özləri ilə Quran gətirməli və ya Quran oxumaq üçün mobil telefonlarından istifadə etməlidirlər.
Əbdus-Səməd qeyd edib ki, Mərakeş Vəqflər Nazirliyi məscid rəflərində Quran nüsxələrinin qadağan edilməsi ilə bağlı qərarına yenidən baxmalıdır
4028347