Belçika hökuməti paytaxt Brüsseldəki məscidin imamını milli təhlükəsizliyə təhdid ittihamı ilə ölkədən deportasiya edib.

"İQNA", "Russia Əlyəvm"-ə istinadən xəbər verir ki, Belçikanın qaçqınlar və immiqrasiya naziri Sami Mehdi, milli təhlükəsizliyə ciddi təhdid ittihamı ilə Brüsselin Mulinbek rayonundakı Hebron məscidinin imamı Məhəmməd Tocaninin ölkədə yaşamasına qadağa qoyub.
Tocaninin yaşayış icazəsi ləğv edilib. O, ölkədən deportasiya edilib. O, Belçikanın ən nüfuzlu müsəlman təbliğatçılarından biri kimi tanınırdı.
4028430