IQNA

İslam Təşkilatı Milli Anti-İslamofobiya Günündə hesabat yayımlayıb

21:28 - January 29, 2022
Xəbər sayı: 3491647
İslami bir təşkilat Kanada müsəlmanlarının gündəlik həyatında İslamofobiyanın ölçüləri haqqında yeni hesabat dərc edir.

"İQNA", "Newswire"-a istinadən xəbər verir ki, Kanada İslami Yardım Təşkilatı gündəlik İslamofobiyanın Kanadalı Müsəlmanlara necə təsir etdiyini göstərən yeni hesabat yayıb.

Bu hesabat Kvebek məscidində atışmanın beşinci ildönümü və İslamofobiyaya qarşı Milli Fəaliyyət Günü ərəfəsində dərc olunub.

Kanadanın ictimaiyyətlə əlaqələr üzrə direktoru Rihanna Patel deyib: "Biz tez-tez islamafobiya kontekstində zorakı hücumlar haqqında eşidirik. Amma daha az məlum olan müsəlmanların həyatlarının bütün sahələrində müntəzəm olaraq qarşılaşdıqları gündəlik hadisələr və kiçik təcavüzlərdir. Bu hesabatımızla həmin hekayələri bölüşmək istədik.

Bəzi nümunələr bunlardır:

Kvebek əyalətində bir müəllim 21-ci layihəyə əsasən, iş yerində hicabını çıxarması tələb olundu və o, buna əməl etmədiyi üçün işini itirdi.

 Albertada müsəlman kişi irqi təhqirlərə və ayrı-seçkiliyə məruz qaldıqdan sonra idmanla məşğul olması qadağan edilmişdi.

Ontarioda hicablı qadın müsəlman olduğu üçün universitetdə fiziki və sözlü hücuma məruz qalmışdı.

4031849

captcha