IQNA

Ramazan ayı üçün Almaniyaya misirli qari göndəriləcək

9:01 - January 30, 2022
Xəbər sayı: 3491652
Misirli qiraətçi Şeyx Məhəmməd Həsən Əbdül Əzim Həsən Almaniyada Ramazan gecələrini qeyd etmək üçün Misir Vəqflər Nazirliyi tərəfindən Almaniyaya göndəriləcək.

"İQNA", "Əl-Yəvmus-Sabi"-ə istinadən xəbər verir ki, Misirin Vəqflər Naziri Məhəmməd Muxtar Cümə qəməri təqvimi ilə 1443-cü ildə Ramazan gecələrini qeyd etmək üçün Şeyx Məhəmməd Həsən Əbdüləzim Həsəni Almaniyaya göndərəcək.

Qeyd edək ki, bu misirli qari, Misir Vəqflər Nazirliyinin təşkilatçılığı ilə Misirdə keçirilən 28-ci Beynəlxalq Quran Müsabiqəsində birinci yeri tutmuşdu.

4032053

Teqlər: ramazan ، almaniya ، misir ، qari ، quran
captcha