IQNA

Peyğəmbərin (s) Məbəsi münasibətilə bir sıra Quran məclisləri keçirəcək

11:04 - February 26, 2022
Xəbər sayı: 3491811
Livanın "Maarif" İslam-Mədəniyyət Dərnəyi Rəcəb ayının 27-si Peyğəmbərin (s) Məbəsi münasibətilə Livanın cənubunun müxtəlif yerlərində silsilə Qurani-Kərim məclisləri keçirəcək.

"İQNA", Livandan xəbər verir ki, Bu Quran dərnəkləri bazar günü, fevralın 27-dən başlayacaq və martın 4-dək davam edəcək.

Bu Quran məclisləri Facebook-da canlı yayımlanacaq.

Besət, Məhəmməd Peyğəmbərin (s) peyğəmbər seçilməsi və risalətinin başlanğıcına işarə edir. Məşhurun ​​dediyinə görə, Məbəs, Amul-filin qırxıncı ili Rəcəb ayının 27-də baş verib. Buna görə də, şiə mədəniyyətində 27 Rəcəb "Məbəs bayramı" kimi qeyd olunur. Peyğəmbərin (s) məbəsi İslam dininin başlanması və bütpərəstliyin Hicazdan silinməsinin başlanğıcı idi.

4038595

captcha