"İQNA", "Times of Oman"-a istinadən xəbər verir ki, Oman Xəbər Agentliyinin məlumatına görə, Sultan Qabus Quran müsabiqəsi Kovid 19 epidemiyası səbəbindən iki illik fasilədən sonra bərpa olunacaq.
Seçmə mərhələlər avqustda, sonra isə 2022-ci ilin noyabrında final mərhələsinə start veriləcək.
Müsabiqənin qalibləri və onların təqdir olunması 2022-ci ilin dekabrında elan ediləcək.
Bu müsabiqə ilk dəfə 1992-ci ildə üç fənn üzrə başlayıb.