IQNA

Mavritaniyada Quranın əzbərləməsi və qiraəti üzrə yarış keçiriləcək

20:37 - March 13, 2022
Xəbər sayı: 3491908
Mavritaniya Radiosu 2000 iştirakçı arasında Quranın əzbərləməsi və qiraəti üzrə ümummilli müsabiqə keçiriləcək.

"İQNA", "Əl-Əxbar" Xəbər Agentliyinə istinadən xəbər verir ki, Mavritaniya Radiosunun təşəbbüsü ilə keçirilən Doqquzuncu Böyük Qurani-Kərim Hifzi və Qiraəti Yarışmasının seçmə mərhələsində 2000-ə yaxın iştirakçı yarışacaq.

Mavritaniya Radiosu bu müsabiqənin fəaliyyətini yayımlamaq üçün Milli Radio Şəbəkəsindən əlavə üç studiyanın, o cümlədən Qurani-Kərim Radiosu, Fərhəng Radiosu və Gənclik Radiosunun müəyyən edildiyini bildirib. Müsabiqə həmçinin Şənqit, Əl-Mərabətun, Əl-Sahil və Əl-Vətəniyyə də daxil olmaqla dörd özəl televiziya kanalında canlı yayımlanacaq.

Mübarək Ramazan ayının ilk günündə final seçmə yarışlarının başlaması gözlənilir və Mavritaniya Radiosu tərəfindən iştirakçılar üçün 63 mükafat nəzərdə tutulub.

4042218

captcha