IQNA

Hindistan polisi Dehlidə 16 məsciddə cümə namazının qılınmasına mane olub

14:03 - March 24, 2022
Xəbər sayı: 3491966
Dehli Müsəlman İcması bildirib ki, şəhər polisi onlara heç bir izah vermədən 16 məsciddə cümə namazı qılmağı qadağan edib.

"İQNA", "Siyasət"-ə istinadən xəbər verir ki, müsəlmanlar və bir qrup Dehli məscidinin imamları polisin qəfildən cümə namazının qılınmasına mane olduğunu bildiriblər. Onlar, ibadət edənlərə izah verməkdən və hətta məhkəmə qərarı verməkdən imtina ediblər.

Dehli Azlıqlar Komissiyasının keçmiş sədri Zəfərül-İslam, bir tvitdə yazıb: "Polis Dehlinin Pançşil rayonundakı 16 məsciddə cümə namazını qadağan edib. Qədim məscidin imamı deyir ki, əlli ildə ilk dəfədir ki, burada namazlar tətil edilir.

4044740

 

Teqlər: hindistan ، polis ، dehli ، məscid ، cümə namazı
captcha