IQNA

Əlcəzairdə Quran barədə məqalə yazmaq müsabiqəsi keçirilib

9:25 - April 10, 2022
Xəbər sayı: 3492037
İranın Əlcəzairdəki Mədəniyyət Müşaviri Əlcəzair vətəndaşlarının Qurani-Kərimə xidmət etmək səylərini müəyyən etmək üçün virtual olaraq "Əlcəzair və Quran" adlı məqalə yazmaq müsabiqəsi keçirib.

"İQNA", xəbər verir ki, Ramazan ayı münasibəti ilə keçirilən bu yarışmanın məqsədi bu ölkənin müstəqillik əldə etməsindən əvvəl və sonra Əlcəzair xalqının Qurana xidmət etmək səyləri ilə tanış olmaqdır.

Bu müsabiqədə iştirak etmək və məqaləsini göndərmək üçün son fürsət hicri 1443-cü il Şəvval ayının birinə təyin edilmişdir.

Məqalələr 15 səhifədən az olmamalı və "0770.800.134" WhatsApp nörəsinə göndərilməlidir.

Müsabiqənin qalibləri də tezliklə elan olunacaq və hər kateqoriya üzrə ilk üç yeri tutan qaliblərə hədiyyələr veriləcək.

4047923

captcha