IQNA

25-ci Dubay Beynəlxalq Quran Mükafatı Yarışması keçirilir

18:38 - April 10, 2022
Xəbər sayı: 3492038
Müxtəlif İslam ölkələrindən olan qarilərin iştirakı ilə keçirilən 25-ci Beynəlxalq Dubay Quran Mükafatı yarışı mübarək Ramazan ayının ilk günündən başlayıb və bu ayın 15-dək davam edəcək.

"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Dubayda 25-ci Beynəlxalq Qurani-Kərim Müsabiqəsi hər axşam saat 21:00-da Dubayın Əl-Məmzar bölgəsinin Mədəniyyət və Elm Simpozium zalında keçirilir.

Dubay Beynəlxalq Quran Mükafatı müsabiqəsinin təşkilat komitəsinin sədri İbrahim Məhəmməd Bomlehə deyib ki, bu komitə son iyirmi beş ildə bir çox Quran fəaliyyətləri və tədbirləri təqdim etmişdir.

Bu müsabiqə 69 ərəb və islam ölkəsinin vətəndaşları ilə yanaşı, BƏƏ-də yaşayan və öz ölkələrinin səlahiyyətli orqanları tərəfindən bu müsabiqədə təmsilçi kimi rəsmi təsdiq edilmiş xarici ölkə vətəndaşlarının iştirakı ilə keçirilir.

4048248

Teqlər: dubay ، quran ، beynəlxalq ، müsabiqə ، qari
captcha