IQNA

"Quran ayələrində sözlərin dəqiq işlədilməsi" araşdırılıb

9:53 - April 12, 2022
Xəbər sayı: 3492048
Nəcəf Əşrəfdə Ələvi hərəmində keçirilən konfransda Quran ayələrində sözlərin dəqiq işlədilməsi ekspertlər tərəfindən müzakirə olunub.

"İQNA", "İmam Əli (ə) şəbəkəsin"-ə istinadən xəbər verir ki, Müqəddəs Ələvi Astanının Darul-Quranının Qadınlar Şöbəsi Nəcəf Əşrəfdə İmam Əlinin (ə) hərəmində "konfransnin istifadəsi" adlı Quran elmi konfransı keçirib.

Bu konfrans Ələvi Astanının Baş Katibliyi tərəfindən təşkil olunub. Tədbirdə Kufə Universitetinin Qız Təhsili Məktəbinin müəllimi Əbdül-Abbas Əl-Əsədi çıxış edib.

O, deyib ki, bu mühazirə Quranın mətni üzərində düşünməyə, onun sirlərini və Quran sözlərindən istifadəni araşdırmağa dəvət idi. Bütün Qurani-Kərim bir möcüzədir, o cümlədən sözdəki möcüzələr və onun quruluşu. Bu mühazirəmizdə konkret Quran kəlmələrinin seçilməsində bəzi Quran sirlərini araşdırdıq.

4048455

captcha