IQNA

Quran Sərgisində qadınlar üçün Quran məclisi keçiriləcək

12:16 - April 20, 2022
Xəbər sayı: 3492099
29-cu Beynəlxalq Quran Sərgisində Qadınlar üçün Quran Maarifləndirmə Mərasimi keçiriləcək.

"İQNA", xəbər verir ki, Mədəniyyət və İslami İrşad Nazirliyinin Qadınlar Məsləhət Şurası tərəfindən İslamın ilk dəstəkçisi Həzrət Xədicənin (s) xatrəsini əziz tutmaq məqsədilə 29-cu Beynəlxalq Quran sərgisində qadınlar üçün Qurani-Kərimin maarifləndirilməsi mərasimi keçiriləcək.

Bu mərasim Mədəniyyət və İslami İrşad Naziri Məhəmməd Mehdi İsmaili, İrşad Nazirliyinin qadın müşavirləri, məsul şəxslər, ustadlar, Qurani-Kərimin qari və hafizlərinin iştirakı ilə aprelin 21-də Ramazan ayının on doqquzuncu günündə saat 19:30-da İmam Xomeyni (r.ə) müsəllasının arxasındakı binada keçiriləcək.

Qeyd edək ki, 29-cu Beynəlxalq Quran Sərgisi aprelin 16-dan etibarən Tehran müsəllasının zalında iki həftə ərzində tamaşaçılar üçün açıq olacaq.

Həmçinin, sərgi ilə paralel olaraq "iqfa.ir" saytında Qurani-Kərimin virtual sərgisi də qurulub.

4050908

Teqlər: quran ، sərgi ، qadın ، maarif ، mərasim
captcha