IQNA

15:30 - May 17, 2022
Xəbər sayı: 3492246
Mədinədə Kral Fəhd Quran Çap Dərnəyi Quran xəttatlığı sahəsində yüksək səviyyəli istedadların müəyyən edilməsi və tanıdılması məqsədi ilə Qurani-Kərimin yazılması üzrə beynəlxalq müsabiqənin keçiriləcəyini elan edib.

İQNA, "Əl-yəvm"-ə istinadən xəbər verir ki, Mədinədə Kral Fəhdin Qurani-Kərim Çap Birliyi "Müshəfül-Muvəsəs" adlı Qurani-Kərimin yazılması üzrə beynəlxalq müsabiqənin keçirilməsini elan edib.

Bu beynəlxalq müsabiqə Qurani-Kərimi yazmaq imkanı yaradır. Bu, dünyanın hər yerindən görkəmli xəttatların Quran xəttatlığı sahəsində təcrübə mübadiləsi üçün bir fürsətdir.

Bu müsabiqənin məqsədlərdən ən mühümü müasir xəttatların Qurani-Kərimin yazılmasında göstərdikləri səy və yaradıcılıqları ortaya çıxarmaqdır. Həmçinin onların istedadlarından Qurani-Kərimə xidmətdə istifadə etməkdir.

Bu proqram Qurani-Kərimin ən yaxşı xəttatlarını təqdir etmək və onların Uca Allahın kitabına xidmətdə göstərdikləri səyləri qiymətləndirmək məqsədi daşıyır.

4057561

Ad:
E-poçt:
* Comment:
* captcha: