IQNA

ABŞ-ın bu ştatında ilk hicablı deputat ola bilər

15:41 - May 27, 2022
Xəbər sayı: 3492299
ABŞ-ın Corciya ştatında ilk dəfə olaraq müsəlman qanunverici ola bilər. 29 yaşlı Ruva Romman 97-ci seçki dairəsi üzrə Corciyanın qanunverici məclisinə namizədliyini irəli sürmək qərarına gəlib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, 29 yaşlı Ruva Romman 97-ci seçki dairəsi üzrə Corciyanın qanunverici məclisinə namizədliyini irəli sürmək qərarına gəlib.

Məşhur şirkətlərdən birində baş konsultant vəzifəsində işləyən Romman uzun zamandır ki, siyasətlə maraqlanırdı, lakin öz namizədliyini irəli sürmək fikrində deyildi – bu, təsadüfən baş verib. Belə ki, Ruva öz həmkarı ilə birgə seminarda iştirak edirdi və jurnalistlərdən biri məqalədə dövlət vəzifəsinə namizədlərdən biri kimi səhvən məhz onun adını çəkib.

Adının yerli qəzetdə çəkilməsindən sonra Ruvanın ünvanına Corciya sakinlərindən müraciətlər və müsbət sözlər gəlməyə başlayıb, həmçinin ona seçkilərdə iştirak üçün sponsor dəstəyi də təklif edilib.

Bu zaman gənc müsəlman xanım bu şansı ona elə-belə verilmədiyini hesab edib və ştatın qanunverici assambleyasına namizədliyini irəli sürmək qərarına gəlib.

Qeyd edək ki, Ruva fələstinli qaçqınların nəvəsidir və İordaniyada anadan olub. O, 7 yaşında olarkən ailəsi ilə birlikdə ABŞ-a köçüb.

 
Teqlər: abş ، hicab ، Corciya ştatı
captcha