IQNA

Quranın mücahidlərin atlarının qığılcım qoparmasına and içməsinin sirri

13:49 - June 10, 2022
Xəbər sayı: 3492375
İslamda hücum xarakterli savaşımız yoxdur. Yəni İslamda torpaq alıb ölkə genişləndirmək olmaz. Cihad və döyüşün fəlsəfəsi özünü və torpağını müdafiə etməkdir.

Quranın mücahidlərin atlarının qığılcım qoparmasına and içməsinin sirriMəhəmməd Əli Ənsari "Adiyat" surəsinin ilk ayələrini təfsir edərkən İslamda cihadın mənasını və Quranda Allaha and içməyin səbəbini açıqlayıb ki, aşağıda oxuya bilərsiniz.

"Adiyat" surəsində cihad və həccin mühüm bir kateqoriyasından bəhs edilir. İslamda hücum xarakterli savaşımız yoxdur. Yəni İslamda torpaq alıb ölkə genişləndirmək olmaz. Cihad və döyüşün fəlsəfəsi özünü və torpağını müdafiə etməkdir. Cihad üçün ifadə edilən bu fəlsəfəyə görə məqsəd zərəri minimuma endirməkdir.

Peyğəmbər (s) gecə vaxtı düşmənə hücum etmirdi

Zərərləri minimuma endirməyin bir yolu gecə vaxtı düşmənə hücum etməməkdir. Bu səbəblə, Peyğəmbər (s) heç vaxt gecələr hücum etməzdi, sübh vaxtı hücuma keçərdi ki, düşmən üzünü müdafiə imkanına sahib olsun.

Biz "Adiyat" surəsində oxuyuruq:

  1. And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;
  2. And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;
  3. And olsun sübh çağı hücum edən atlara;
  4. And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara;
  5. Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən

 

Allah bu surədə atlara and içərkən, əslində atların özlərini nəzərdə tutmur. Daha doğrusu, bu atların üstündə oturub şığıyıb hücuma keçən atlıları nəzərdə tutur. Yəni Allah mücahidlərin canına and içir. Belə atlıların oturduğu bu atlar o qədər şərəflidir ki, Allah onların dırnaqları ilə qığılcım qoparmalarına and içir. Bu, İslamda cihadın yüksək məqamından xəbər verir. Təbii ki, qeyd olunduğu kimi, bu cihad özünümüdafiə üçün edildiyi zaman müqəddəsdir.

Quran ayələrində Allahın and içməyinin səbəbi

"Adiyat" surəsi and sözü ilə başlayır. Uca Allahın and içməyə ehtiyacı yoxdur. Ona görə də, Allah bir şeyə and içirsə, bu o deməkdir ki, and içilən şey insanlar tərəfindən diqqətə alınmalıdır.

4060109

captcha