IQNA

Son 8 ildə Almaniya məscidlərinə 800-dən çox islamofob hücum edilib

15:00 - June 12, 2022
Xəbər sayı: 3492388
Almaniyadakı bir hüquq qrupu bildirir ki, 2014-cü ildən bəri ölkədə məscidlərə qarşı 800-dən çox islamafobiya hücumu olub və əksər hallarda bu hücumlar polis tərəfindən lazımi şəkildə həll edilməyib.

İQNA, "Anadolu"-ya istinadən xəbər verir ki, "FAIR Beynəlxalq" Ayrı-seçkiliyə Qarşı Cəmiyyətə bağlı olan Brandeilig Təşəbbüsü bildirir ki, 2014-cü ildən bəri Almaniyada 800-dən çox məscid təhdid və hücuma məruz qalıb. Amma əksər hallarda bu cinayətlər düzgün araşdırılmayıb.

Almaniyanın ilk məscid hücumu hesabat mərkəzini yaradan qrup 2014-cü ilin yanvarından 2022-ci ilin iyununa qədər 840-a yaxın hücum, vandalizm və təhdid qeydə alıb.

2018-ci ildə baş verən cinayətlərin ətraflı təhlili göstərdi ki, hücumların əksəriyyətində bu cinayətləri törədənlər naməlum olaraq qalıb. Bu, neonasistlərin və ya solçu ekstremistlərin müsəlman dini məkanlarına daha çox hücum etməsinə səbəb olur.

4063457

Ad:
E-poçt:
* Comment:
* :