IQNA

Koreyalı tərcüməçi Quranı niyə yenidən tərcümə etdiyini açıqlayıb

9:04 - July 16, 2022
Xəbər sayı: 3492558
Əhməd 30 il əvvəl Qurani-Kərimin Koreya dilinə tərcüməsi olmasına baxmayaraq, Quranı niyə yenidən tərcümə etmək barədə düşündüyünü belə açıqlayıb: "Mövcud tərcümələr başa düşülən deyil. Buna görə də əslində Quranın Koreya dilində düzgün tərcüməsi yoxdur.

"İQNA", xəbər verir ki, islami adı Əhməd olan Li Myung-won "world.kbs" radiosuna müsahibəsində deyib ki, onun Qurani-Kərimi Koreya dilinə tərcümə etməyi planlaşdırması 1985-ci ildə ərəb dili və Quran elmləri sahəsində misirli ustad Əhməd Əbdül-Fəttah Süleymanla görüşdüyü vaxtdan başlayır.

O, bildirib ki, əgər mən Quranı başa düşməsəydim, heç vaxt tərcümə etməzdim. Mən Quranı üç il əvvəl tərcümə etməyə başlayana qədər təxminən 30 il mütaliə edib və onu başa düşməyə çalışdım.

Əhməd qeyd edib ki, Qurani-Kərim iki dəfə Koreya dilinə tərcümə olunub. Onun ilk tərcüməsi 1971-ci ildə Yonq Sonq Kim tərəfindən edilib. Yeddi il çəkən ikinci tərcüməni yeni müsəlman olmuş koreyalı Hamid Choi Yongkil etdi. O, Quranı niyə yenidən tərcümə etmək barədə düşündüyünü belə açıqlayıb: "Mövcud tərcümələr başa düşülən deyil. Buna görə də əslində Quranın Koreya dilində düzgün tərcüməsi yoxdur".

O, həmçinin əsərində Məhəmməd Əli Səbuninin "Səfvətut-təfasir" kitabından, Seyyid Qutbun "Fi zilalil-Quran" təfsirindən və Behcət Əbdül-Vahid Əl-Şeyxlinin "Bəlağətul-Quranil-Kərim Fil-ecaz" kitabında istifadən istifadə etdiyini bildirib.

4063776

captcha