IQNA

Avropanın ən böyük halal festivalı İngiltərənin Mançester şəhərində keçiriləcək

7:41 - July 23, 2022
Xəbər sayı: 3492595
Çoxlu sərgi iştirakçısının və müxtəlif mədəni-əyləncə proqramlarının iştirakı ilə Avropanın ən böyük halal qida festivalı gələn ay İngiltərənin Mançester şəhərində keçiriləcək.

"İQNA", "About İslam"-a istinadən xəbər verir ki, Avropanın ən böyük halal qida festivalı gələn ay Mançesterdə başlayacaq və minlərlə britaniyalı orada iştirak edəcək.

Britaniya İslami Yardım Təşkilatının direktoru Tufeyl Hüseyn deyib ki, "Islamic Aid UK" Mançesterdə keçirilən Halal Qida Festivalının rəsmi tərəfdaşı olmaqdan qürur duyur. Bu, açıq havada kiçiriləcək möhtəşəm bir hadisə olacaq. Biz bütün dinlərdən və müxtəlif təbəqələrdən olan minlərlə insanın əyləncədən, şənliklərdən və ləzzətli yeməklərdən həzz almağa gəlməsini səbirsizliklə gözləyirik. Bu festivalda əyləncə sərgilərindən tutmuş uşaqların oynaması üçün məkana qədər çoxlu yaxşı fəaliyyətlər olacaq. Namaz qılmaq üçün yer də olacaq. Ailələr bu tədbirdə nəinki dadlı yeməklərdən dadacaq, həm də ehtiyacı olanlara kömək edəcəklər.

4072446

captcha