IQNA

İraqda keçirilən milli Quran yarışlarında 100-dən çox qari iştirak edir

16:03 - July 23, 2022
Xəbər sayı: 3492597
İraqın hər yerindən 100-dən çox qarinin iştirakı ilə Ələvi hərəmində Qədir-Xum bayramı münasibətilə Quran yarışları başlayıb.

"İQNA", Müqəddəs Ələvi Astanının xəbər bürosuna istinadən xəbər verir ki, iyulun 21-də cümə axşamı, İraqın Nəcəf şəhərinin Astan Ələvi hərəminin Fatimə (s) zalında İraqın hər yerindən 100-dən çox qarinin iştirakı ilə milli Quran yarışı başlayıb.

Bu yarışlar Qədir-Xum Bayramında Vilayət Həftəsinin qeyd olunması tədbirlərinin davamı olaraq, Darul-Quran İntellektual və Mədəniyyət İşləri İdarəsi adından Astan Ələvi tərəfindən təşkil olunur.

Bu müsabiqə iki gün davam edəcək. Birinci yeri tutan şəxsə Əmirəl-mömininin (ə) qızıl minarəsində azan vermək və Qurani-Kərimi oxumaq şərəfi veriləcək.

4072541

captcha