IQNA

Məscidül-Həramda Quranla üns məclisləri başlayıb

8:22 - July 26, 2022
Xəbər sayı: 3492614
Məscidül-Həram İşləri Baş Müdirliyi İdarəsi bu məsciddə kişi-qadınlar üçün Quran hifzi və qiraət dərslərinin başladığını elan edib.

"İQNA", "Səbəq"-ə istinadən xəbər verir ki, Məscidül-Həram İşləri Baş Müdirliyi İdarəsi Qurani-Kərimlə üns məclislərinin yaradılması üzrə yay proqramının başladığını elan edib.

Bu idarənin açıqlamasında bildirilir ki, sözügedən proqramlar Məscidül-Həram və Məscidün-Nəbi işləri üzrə rəhbəri Əbdür-Rəhman ibn Əbdüləziz Əl-Sədisin nəzarəti altında keçirilir. Onun müddəti 35 gündür.

Bu proqrama qiraət bacarıqlarının gücləndirilməsi və Quranın əzbərlənməsi ilə bağlı dərslər daxildir. İstəyənlər üçün bu kursun müddətini uzatmaq mümkündür.

4072925

 

captcha