IQNA

İmam Hüseynin (ə) məktəbi həmişə bəşəriyyət üçün nicat gəmisidir

10:48 - August 09, 2022
Xəbər sayı: 3492695
İslam Mədəniyyəti və Rabitə Təşkilatı Aşura münasibəti ilə bəyanat yayıb və vurğulayıb ki, İmam Hüseyn (ə) məktəbi əbədi olaraq bəşəriyyət üçün nicat gəmisidir.

"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının ictimaiyyətlə əlaqələri şöbəsinə istinadən xəbər verir ki, bu bəyanatda vurğulanır ki, İmam Hüseynin (ə) Aşura dastanından qaynaqlanan məktəb və danışıq keçmişlə məhdudlaşmır. Həqiqətdə, dünyada bəşəriyyətin və insan münasibətlərinin bu günü və gələcəyinə təsir edir.

Bəyanatın mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

السّلام علیْک یا اباعبْداللّه وعلى الارْواح الّتى حلّتْ بفناّئک علیْک منّى سلام اللّه ابدا ما بقیت وبقى اللّیْل و النّهار و لاجعله اللّه آخر الْعهْد منّى لزیارتکمْ. السّلام على الْحسیْن وعلى علىّ بْن الْحسیْن وعلى اوْلاد الْحسیْن وعلى اصْحاب الْحسیْن.

Əhli-Beyt (ə) məktəbinin davamçılarına başsağlığı veririk. Aşura hadisəsini və Əbu Abdullahil-Hüseynin (ə), onun vəfalı ailəsi və səhabələrinin başına gələn müsibətləri söyləmək Hüseyn məktəbi ilə beyəti təzələmək, haqtələblik və Rəbbə bəndəlik yoluna qədəm qoymaq üçün bir fürsətdir.

Aşura Allaha təslim olmağın və zülmə qarşı durmağın təzahürüdür. Əbəs yerə deyil ki, əsrlər keçsə də, Aşura tarixdə bənzərsiz və misilsiz bir qəhrəmanlıq dastanı kimi qalır. Bir məktəb kimi əbədi olaraq insan tərbiyə edir.

İmam Hüseynin (ə) Aşurasından qaynaqlanan məktəb və söhbət keçmişlə məhdudlaşmır. Həqiqətdə, bəşəriyyətin bu günü və gələcəyinə, dünyadakı insan münasibətlərinə təsir göstərir.

Aşura Əmirəlmöminin Əli (ə) və Həzrət Fatimeyi Zəhra (s) oğlu ilə beyətin təzələndiyi gündür. Bu beyətin yenilənməsi mərifət, agahlıq və iradə ilə qarışır.

Bəli! İmam Hüseynin (ə) məktəbi həmişə bəşəriyyət üçün nicat gəmisidir və Aşura gününün qəhrəmanlıq dastanı bu müqəddəs məktəbin simvoludur. İnşaallah Əhli-beyt (ə) davamşılarının hər birinin İmam Hüseyn (ə) müsibətindəki əzadarlığı dünyada Aşura məktəbinin dəyərlərinin yayılması və bu müqəddəs əsasların və təməllərin bərqərar olması üçün lazım olan baxış və məsuliyyətlə müşayiət olunsun.

İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatı

4076826

Ad:
E-poçt:
* Comment:
captcha