IQNA

Tayland Xeyriyyə Fondu Əfqanıstanda zəlzələdən zərər çəkənlərə yardım edib

11:51 - August 12, 2022
Xəbər sayı: 3492710
Taylandın Müsəlman Xeyriyyə Fondu Əfqanıstanda zəlzələdən zərər çəkənlərə ianə etdiyini açıqlayıb.

"İQNA", "Bakhtar News"-a istinadən xəbər verir ki, Taylandın bu İslam xeyriyyə fondunun rəhbəri dünən, avqustun 9-da Əfqanıstanın təbii fəlakətlər nazirinin müavini Moləvi Şərəfüddin Muslim ilə görüşdə deyib: "Bu fond Əfqanıstanın Cənub-Şərqi bölgəsində zəlzələdən zərər çəkənlərə maddi yardım üçün təxminən 110 min dollar toplayıb.

2022-ci il iyunun 22-də Əfqanıstanın cənub-şərqində baş vermiş zəlzələ minlərlə insanın ölümünə, yaralanmasına və onlarla evin dağılmasına səbəb olub.

Bu yaxınlarda Əfqanıstanın Təbii Fəlakətlərlə Mübarizə Nazirliyi bu ölkənin Humanitar Yardım və İnkişaf Təşkilatı tərəfindən zəlzələdən zərər çəkənlər üçün 2000 ev tikəcəyini açıqlayıb.

4077311

Ad:
E-poçt:
* Comment:
captcha