IQNA

Səudiyyə rəsmiləri Ümrə Həcci üçün 850 000 viza verib

11:23 - August 13, 2022
Xəbər sayı: 3492716
Səudiyyə Ərəbistanının Həcc Nazirliyi bu il Ümrə mövsümü başlayandan zəvvarlar üçün 850 mindən çox viza verdiyini açıqlayıb.

"İQNA", "Əş-şərqul-Əvsət"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc nazirinin müavini Əbdül-Fəttah Məşət xarici zəvvarlar üçün Ümrə ziyarətinə heç bir məhdudiyyət qoyulmadığını açıqlayıb.

Verilən vizaların ümumi sayına gəlincə, Məşət bildirib ki, Səudiyyə Ərəbistanı bu il Ümrə mövsümü başlayandan indiyədək 850 mindən çox viza verib. İndiyədək 25 minə yaxın viza müraciəti edən şəxs Ümrə ayinlərini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına daxil olub.

Səudiyyə Ərəbistanı 2030-cu il planına əsaslanaraq, zəvvarlara göstərilən xidmətləri genişləndirərək hər il 30 milyon zəvvar qəbul etməyi planlaşdırır.

4077504

Ad:
E-poçt:
* Comment:
captcha