IQNA

19:45 - August 20, 2022
Xəbər sayı: 3492761

İsveçli siyasətçi Paludanın Quranı yandırmasına qarşı çıxıb

İsveçli siyasətçi Yan Eliasson ölkəsində Quranın yandırılması ilə bağlı görülən tədbirlərə qarşı çıxarkən Rasmus Paludanı dəstəkləmək üçün 43 milyon kron xərclənməsini faydasız adlandırıb.

İsveçli siyasətçi Paludanın Quranı yandırmasına qarşı çıxıb

"İQNA", Əl-Mərkəzul-Suveydi İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, İsveçin hakim Sosialist Partiyasının lideri Yan Eliasson, İsveç siyasətçiləri və fəallarından müsbət cavab alan şərhlərdə deyib: "O, İsveçdə Quran və müqəddəs kitabları yandıranların cəzalandırılmasını nəzərdə tutan qanunun tətbiq edilməsini istəyib.

O bildirib ki, bir ekstremistin nümayişlərini qorumaq üçün milyonlarla dollar xərcləmək dəlilikdir. Bu, İsveç azadlıqlarını və ya dəyərlərini qorumaq üçün bir hərəkət deyil. Çünki nə azadlıqlar, nə də İsveç dəyərləri başqalarını təhqir etməyi və onların müqəddəs kitablarını yandırmağı dəstəkləmir.

Bu isveçli siyasətçi bəyan edib ki, bir ekstremist tərəfindən Quranın yandırılması cinayətini qorumaq üçün milyonlarla kron xərcləmək məntiqsizdir. O, bu mənasız hərəkəti dayandırmaq üçün qanunun icra olunmasını tələb edib.

İsveçin hakim Sosialist Partiyasının liderinin sözlərinə görə, bu ölkənin Cinayət Məcəlləsinin 16-cı fəslinin 8-ci bəndinə əsasən, bir qrup insanı və ya etnik qrupu söz və ya hərəkətlə cəmiyyətdə qızışdırmaq cinayətdir və ona görə cəzalandırılması lazımdır.

4079137

captcha