IQNA

Türkiyədə 6 mərtəbəli məscid istifadəyə veriləcək

20:00 - August 30, 2022
Xəbər sayı: 3492831
Türkiyənin paytaxtında yeni məscid istifadəyə verilməyə hazırdır.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, uzaqdan qeyri-adi görsənən ibadətgah yaşayış evinə birləşdirilmiş kimi təəssüratı yaradır.

Ankaradakı bu məscidin inşası 11 il öncə start götürmüşdü.

Onun məxsusluğu isə 6 mərtəbədən ibarət olmasındadır.

Son xırda işlərdən sonra məscid açılaraq istifadəyə veriləcək.

İlk mərtəbələr Qurani-Kərimin öyrənilməsi üçün istifadə ediləcək.

Yuxarı mərtəbələr isə ibadət üçündür.

captcha