Ümumi insanların əldə etdiyi təqva, təqvanın ilk mərhələsi sayılan haramlardan çəkinməkdir. Lakin bəzi möminlərin əldə etdiyi təqvanın başqa bir dərəcəsi də vardır.

Hövzə və universitet ustadı Ayətullah Seyyid Mustafa Mühəqqiq Damad, Quranın təfsirində təqva ilə bağlı məsələlərə işarə edib ki, onu aşağıda oxuyacaqsınız:
Peyğəmbərlərin göndərilməsinin nəticəsi dünyada tövhid və tövhid mərifətinin gerçəkləşməsidir. Bu elmin zühuru insanın Allaha duasındadır. Bu səbəbdən də böyük ariflər deyiblər ki, Qurani-Kərim Allahın nazil olan kəlamıdır. Dua isə isə yuxarı gedən kəlamdır. Bu "Fatir" surəsinin 10-cu ayəsinin mənasıdır ki, buyurur: "Pak sözlər Ona (Allaha) doğru yuxarı gedər".
Quranın təliminə görə, Allahın övliyaları Allahla elə bir əlaqə tapırlar ki, şəxsi istəklərini Allahla bölüşür və Allahdan diləyirlər. Xəstələnəndə Allahdan şəfa diləyir, övlad istəyəndə Allahdan övlad diləyirlər.
Bu baxımdan, Allahın övliyalarından ikisi valideynlərinin duaları ilə dünyaya gəldi. Onlardan biri qadın, digəri isə kişidir. Hər ikisi ata-anaları qoca olanda dünyaya gəliblər. Birincisi Məryəmdir ki, anasının duası ilə dünyaya gəlir və Allah ona xüsusi inayət edir. ibadət edir və elə məqama çatır ki, ona səmavi süfrə nazil olur. İkincisi, İsa Məsihin (ə) əmisi oğlu Yəhyadır. O da atası Zəkəriyyanın duası ilə dünyaya gəlir.
Allahın böyük peyğəmbərlərindən olan Zəkəriyya təkcə xanımının övlad sahibi olması üçün dua etmir, həm də o övladın gözəl xüsusiyyətlərini Allahdan istəyir. Bir çox rəvayətlərdə heç vaxt rədd olunmayan, həmişə qəbul olunan və birbaşa yuxarı gedən dualardan biri də atanın övladı üçün etdiyi duasıdır.
İmam Sadiq (ə) öz babası Allahın Rəsulundan (s) nəql edir ki, dörd nəfərin namazı heç vaxt geri qaytarılmayacaq, göyün qapıları onların duaları üçün açılacaq və duaları birbaşa Allahın ərşinə çatacaqdır. Birincisi valideynin (ata və ya ananın) övladı üçün etdiyi duadır. Cənab Zəkəriyyə Allahdan övladı üçün üç xislət istədi və dedi: "Belə demişdi: Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. (Nə dua etmişəmsə, qəbul olunmuşdur)" (Məryəm, 4). "(Allahdan belə bir nida gəldi:) Ey Zəkəriyya! Sənə bir oğulla (oğlun olacağı ilə) müjdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik!" (Məryəm, 7).
Quranın ifadəsində Yəhyanın xüsusiyyətləri
Bu müjdə o qədər böyük idi ki, Zəkəriyya qorxuya düşdü və şübhə etdi ki, eşitdiyi Allahın səsidir ya yox. Ona görə də Allahdan bir əlamət istədi. Allah buyurdu ki, sən üç gün və üç gecə danışa bilməzsən və ancaq Allahla danışa bilərsən. Nəhayət, Zəkəriyyanin sonsuz və qoca arvadı hamilə qaldı və bir uşaq dünyaya gəldi. Yəhyanın Quranda bəhs edilən xüsusiyyətlərindən biri də təqvadır: "Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət (yaxud insanlara qarşı şəfqət) və (günahlardan) paklıq bəxş etdik. O, (çox) müttəqi idi" (Məryəm, 13). Allahın Yəhya üçün ifadə etdiyi təqva sizin və mənim təqvamızdan fərqlidir.
Molla Hadi Sabzəvari deyir ki, tövbənin müxtəlif dərəcələri olduğu kimi, təqvanın da müxtəlif dərəcələri var. Ümumi insanların təqvası haramlardan çəkinməkdir. Birinci mərhələ təqvadır, ikinci mərhələ xalis tövbədir ki, qeyri zəruri halal şeylərdən çəkinməkdir. Ən yüksək dərəcə olan üçüncü nizam, Allaha qovuşmayan hər şeydən çəkinməkdir. Yəni bir anlıq Allahla görüşməkdən yayındıracaq hər şeydən çəkinirlər. Yəhyanın təqvası bu mərhələdir.
4051586