"İQNA", "elwatannews.com"-a istinadən xəbər verir ki, Əhməd və Ömər iki misirli qardaşdır ki, böyük qariləri təqlid edərək Qurani-Kərimi birlikdə məlahətli səsləri ilə qiraət ediblər. Onların bu qiraəti virtual məkan istifadəçiləri tərəfindən çox yaxşı qarşılanıb.
Misirin Qalubiyyə vilayətindən olan bu iki qardaş Qurani-Kərimi 6 yaşında qiraət etməyə başlayıblar.
Bu iki yeniyetmə Qurani-Kərimi oxuyarkən bir çox böyük qarilərin, o cümlədən Mahmud Ənvər Əl-Şəhhat, Mahir Əl-Muiqli və Yasir Əl-Dosarinin səsini təqlid edirlər.
4082897