Quran baxımından insan çox qiymətli bir varlıqdır. O, çox yüksək tutum və imkanlara malikdir. Lakin bu qabiliyyət və imkanlardan istifadə etmək insanın iradə və səyindən asılıdır. Özünə inamı olmayan insan öz istedadından lazım olduğu kimi istifadə edə bilməz və həyatda depressiya, məyusluq və uğursuzluq yaşayar.
Özünə inamı olmayan insan, onun üçün bütün imkanlar mövcud olsa və kifayət qədər vaxtı olsa belə, yenə də son uğura nail ola bilməz. Amma mömin insan, insanların əsas dayağı olan Allah-Təalaya imanı ilə öz qabiliyyət və imkanlarına güvənir. Buna görə də şeytanın vəsvəsələrinə qarşı durur, öz daxili və zahiri gücünü qorumaq üçün faydasız və zəif işlərdən çəkinər.
Allaha nə qədər çox güvən və imanımız varsa, bir o qədər özümüzə güvənirik və başqalarına güvənmirik və işimizdə mütləq qalib gələcəyik. Necə ki, “Ali-İmran” surəsinin 139-cu ayəsində buyurur: “139. (Ühüd müharibəsində baş vermiş bəzi hadisələrə görə) ruhdan düşməyin və qəmgin olmayın. Halbuki əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!."
Qurani-Kərimin ayələrinə və Əhli-beyt (ə) təlimlərinə nəzər saldıqda görürük ki, biz Allaha təvəkkülün kölgəsində həqiqi özünə inamı əldə edə və onu özümüzdə gücləndirə bilərik. Öz məhdud gücünə deyil, Allahın sonsuz qüdrətinə güvənən insan, özündə qeyri-adi əqli güc inkişaf etdirər. Həmçinin həyatın çətinliklərinə asanlıqla müqavimət göstərər və nəticədə ruhi sağlamlıq səviyyəsini yüksəldər.
Allah insanı üstün yaratmış və bu üstünlüyün insan üçün qorunub saxlanmasını istəyir: “Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik. (İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boy-buxun, əllə yemək və s. bu kimi məziyyətlərinə görə həmişə Allaha şükür edib yalnız Ona tapınmalı, Rəbbinə heç bir şərik qoşmamalıdır!)” (İsra, 70).
Allah bu izzəti, üstünlüyü və ləyaqəti insana bəxş etmiş və ona hər cür imkanlar vermişdir. Deməli, insan özünə inamını çalışıb gücləndirməklə ağlabatan və məntiqli istəklərinə nail ola bilər. 3866197