IQNA

11:09 - September 24, 2022
Xəbər sayı: 3492970

Afrika qitəsində İslam bankçılığının əhəmiyyətli artımı proqnozlaşdırılır

Bazar təhlili və proqnozlaşdırma sahəsində aktiv fəaliyyət göstərən Moody's Afrika qitəsində İslam bankçılığının artımının yaxın onillikdə əhəmiyyətli olacağını açıqlayıb.

Afrika qitəsində İslam bankçılığının əhəmiyyətli artımı proqnozlaşdırılır

"İQNA", "Zaviyə"-yə istinadən xəbər verir ki, Moody's bazar təhlili şirkətinin investorlar departamenti yeni hesabatında məlumat verib: "Afrikanın müsəlman əhalisinin çox olması səbəbindən qitədəki İslam bank aktivlərinin növbəti 10 il ərzində əhəmiyyətli dərəcədə artacağı gözlənilir".

Moody's-in vitse-prezidenti və baş analitiki Mick Kabia deyib: "Afrikanın böyük müsəlman əhalisini nəzərə alsaq, bu sektorda artım üçün böyük potensial var".

Afrikanın müsəlman əhalisi təxminən 530 milyon nəfərdir ki, bu da Afrika əhalisinin təxminən 40%-ni təşkil edir.

4087404

captcha