IQNA

Həzrət Abbasın (ə) hərəminin əlyazmaları müasir texnologiyalarla təmir edilir

10:54 - September 29, 2022
Xəbər sayı: 3492996
Həzrət Abbasın (ə) hərəminin nəzdindəki Yazılı İrsin Qorunması Mərkəzinin Laboratoriyası bu hərəmin xəzinəsində olan əlyazmaların bərpası və mühafizəsi üçün ən son texnologiyalardan və ən yaxşı materiallardan istifadə edildiyini açıqlayıb.

"İQNA", Həzrət Abbasın (ə) hərəminin informasiya bazasına istinadən xəbər verir ki, bu hərəmin İntellektual və Mədəniyyət İşləri Departamentinə bağlı yazılı irsin qorunması və saxlanması mərkəzinin kimya laboratoriyası bildirib: "Əlyazmalardakı nöqsanların dəqiq diaqnostikası və bərpasının növbəti mərhələlərinə hazırlanması üçün ən müasir texnologiyalardan istifadə olunur".

Kimya laboratoriyasının rəsmisinin sözlərinə görə, mütəxəssislər əvvəlcə hər bir əlyazmada mürəkkəb, möhür və rəng kimi şeyləri yoxlayırlar. Sonra hər bir kağız vərəqinin turşuluq səviyyəsini və bu nüsxənin üz qabığındakı dərinin vəziyyətini müəyyən edərək bərpa edənlər üçün əlyazmanın vəziyyəti haqqında tam hesabat hazırlayırlar.

O əlavə edib ki, bərpa prosesi həll olunan kağız pulpasından istifadə etməklə həyata keçirilir. Həmçinin bu məhlulun lazım olmadığı hallarda yapon kağızından istifadə edilir.

Kimya laboratoriyasının rəsmisi əlyazmanın təmirində istifadə etdikləri materiallar barədə də məlumat verib: "Bu nüsxələrin təmirində yüksək keyfiyyətli təbii materiallardan istifadə olunur. Bərpa üçün heç bir sintetik kimyəvi maddələrdən istifadə olunmadığını vurğulayıb".

Həzrət Abbasın (ə) müqəddəs hərəminin əlyazma xəzinəsində qiymətli İslam və Quran əsərləri toplusu ilə yanaşı, nadir əlyazmalar, çox nəfis və nadir əlyazma Quranlar var.

4088456

 

Ad:
E-poçt:
* Comment:
captcha