IQNA

Müqtəda Sədr: "Taliban Əfqanıstan vətəndaşlarının həyatını qorumaq üçün məsuliyyət daşıyır"

10:43 - October 01, 2022
Xəbər sayı: 3493005
İraqın Sədr Hərəkatının lideri tvitində Taliban qrupunu Əfqanıstanda ard-arda törədilən partlayışlara və ölkənin şiələrini hədəf almasına görə məsuliyyət daşıdığını bildirib. O, Talibandan Əfqanıstan vətəndaşlarının həyatını qorumaqda öz öhdəliklərinə əməl etməyi istəyib.

"İQNA", "Bağdad Əl-Yəvm"-ə istinadən xəbər verir ki, Sədr hərəkatının lideri Müqtəda Sədr bu səhər Əfqanıstanın paytaxtı Kabilin qərbində bir sıra həzarə şiələrinin şəhid olmasına səbəb olan terror partlayışına cavab olaraq Talibandan Əfqanıstan vətəndaşlarının həyatını qorumaq barədə öz öhdəliklərinə əməl etmələrini istəyib.

Müqtəda Sədr sözünü belə davam etdirib: Bu hücumlar, yəqin ki, gələcəkdə Talibanın metodunu qəbul etməyən sünniləri hədəf alacaq. Əgər bu hakimiyyət baş verənlərə razı olursa və bununla bağlı susursa, terrora yaxın və mötədillikdən uzaqdır. Hökumət öz xalqını qorumaqda səhlənkarlıq edirsə, ləyaqətsizdir. Beynəlxalq ictimaiyyət Əfqanıstan xalqının əzab və problemlərinə son qoymaq üçün müdaxilə etməlidir.

O deyib: "Biz Səudiyyə Ərəbistanının Əfqanıstandakı hadisələrlə bağlı hərəkətə keçməsini istəyirik. Bu, Səudiyyə Ərəbistanının Allah qarşısında şəri vəzifəsidir".

4088793

Ad:
E-poçt:
* Comment:
captcha