"İQNA", "Əl-Yəvmus-Sabi"-ə istinadən xəbər verir ki, bu qiraət məclisi yerli vaxtla saat 9:30-da və Qahirənin İmam Hüseyn (ə) məscidində “Vərşin Nafi Mədənidən” rəvayətinə (Şatibiyyə metodu ilə) əsasən başlayacaq.
Bu Quran məclisi Misir Vəqflər Nazirliyinin planına uyğun olaraq bu ölkənin məscidlərində böyük qarilərin iştiraskı ilə keçirilir. Həmçinin bu məclis Quran tilavətlərinin yayılması və məscidin təbliğat rolunun canlandırılması üçün təşkil edilir. Misir Quran Radiosunun bir sıra etibarlı qiraətçiləri orada iştirak edir.
Misir Vəqflər Nazirliyinin elanına görə, ümumi cəmiyyət bu proqramda iştirak etməkdə sərbəstdir. Müxtəlif qrup insanlar bu Qurani-Kərim məclisində iştirak edə bilərlər.
Misirin Vəqflər Nazirliyi bu yaxınlarda Quranda təfəkkür etməyə kömək etmək məqsədilə gənclərə və böyüklərə Quran ayələrinin düzgün tələffüz və qiraət qaydalarını öyrətmək üçün tanınmış Quran qarilərini məscidlərə gətirmək qərarına gəlib. Həmçinin qadınlar üçün Quran oxumaq və əzbərləmək kursları da hazırlanıb.
4090058