"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, Həzrət Abbasın (ə) hərəminin İntellektual və Mədəniyyət Məsələləri üzrə müavinliyi ilə bağlı Rəqəmsal İnformasiya Mərkəzi məlumat verib: "İran, Səudiyyə Ərəbistanı, Misir, İordaniya və İraqdan olan 22 498 zəvvar kitabxana xidmətlərindən istifadə edib".
O əlavə edib ki, bu mərkəzin təqdim etdiyi xidmətlərə əyani xidmətlər (Həzrət Abbasın (ə) hərəminin kitabxanası vasitəsilə) və onlayn xidmətlər daxildir. İraq universitetlərindəki elmi heyətin üzvləri və tələbələri Həzrət Abbasın (ə) hərəminin kitabxanasında mövcud olan rəqəmsal resurslardan yararlana bilərlər.
4091662