"İQNA", "Cypress Mail"-a istinadən xəbər verir ki, Kiprdə Mədəni İrs Texniki Komitəsi və BMT-nin İnkişaf Proqramı (UNDP) dünən, bazar ertəsi, noyabrın 2-də İsveçrə fondu ilə Kiprdə iki tarixi abidənin bərpası üçün təxminən bir milyon dollar dəyərində əməkdaşlıq müqaviləsi imzalayıb.
Mühafizə olunacaq iki bina Famaqustadakı Müqəddəs Georgi Latın kilsəsi və Larnakadakı Tuzla məscididir.
Larnakanın qədim hissəsində yerləşən Tuzla məscidi əvvəlcə orta əsr kilsəsi olub. O, Osmanlı dövründə qədim kilsənin xarabalıqları üzərində tikilərək məscidə çevrilmişdir. Müqəddəs Georgi Latın Kilsəsi də Famaqusta şəhərinin ən qədim qotik memarlıq binasıdır.
4094465