"İQNA", İmam Hüseynin (ə) hərəminin xəbər bürosuna istinadən xəbər verir ki, bu hərəmin Darul-Quranının Quran Araşdırmaları və Tədqiqatları Mərkəzi Kərbəla şəhərində İmam Hüseynin (ə) hərəminin həyətindəki "Xatəmul-Ənbiya" (s) zalında Quranda alver fiqhi üzrə ixtisaslaşdırılmış kursa başlayıb.
İmam Hüseynin (ə) hərəminin Darul-Quranının vitse-prezidenti Mürtəza Camaluddin deyib: "Darul-Quranın Quran Tədqiqatları Mərkəzi Qurani-Kərim üzrə ixtisaslaşdırılmış kursların keçirilməsində əldə etdiyi uğurlardan sonra bu dəfə Quran biznes fiqhinə dair ixtisaslaşdırılmış kursun fəaliyyətinə başlayıb. Bura evlilik, boşanma, miras və s. ilə bağlı hökmlərdən əlavə ticarət, əqd və sövdələşmələr sahəsində əhkam ayələrinin öyrədilməsi daxildir".
O əlavə edib ki, bu kurs hər həftə cümə axşamı axşamları yerli vaxtla saat 16:00-da keçirilir. Altı ilə doqquz ay arasında davam edəcək.
4095303