IQNA

Azərbaycanda 45 nəfər koronavirusa yoluxub

19:32 - October 30, 2022
Xəbər sayı: 3493170
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Az.shafaqna.com”a verilən məlumata görə, xəstəlikdən dünyasını dəyişən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 823 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 982 nəfər müalicə olunaraq sağalıb, hazırda 321 aktiv xəstə var. Bu günə qədər 9 944 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 718, bu günə qədər isə ümumilikdə 7 319 300 test icra olunub.

Ad:
E-poçt:
* Comment:
captcha