IQNA

Quran nə deyir? /16

Allahın övladının olmamasının iki dəlili

19:15 - July 06, 2022
Xəbər sayı: 3492517
Quranda Allahın övladının olmaması ilə bağlı iki dəlil vardır. Təfsirçilər bu iki dəlili "Bəqərə" surəsinin 117-ci ayəsinə əsaslanaraq bildirmişlər.

Allahın qüdrəti və ondan necə istifadə etmək dindarları maraqlandıran mövzulardan biridir. Onun haqqında dəqiq təsəvvürün formalaşması onların digər fikirlərinə istiqamət verir. Dünyanın və insanın yaradılması bu məsələ ilə bağlı müəyyən edilən məsələlərdəndir. Bununla bağlı Quranda bir ayə var ki, təfsirçilər onun barəsində geniş şəkildə bəhs ediblər:

"Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: Ol! deyər, o da (fövrən) olar" (Bəqərə, 117).

Əvvəlki ayəyə əsasən, bu ifadə yəhudilik və xristianlıqdan olanların Allahın oğlu olduğuna inananlarına bir növ cavabdır. Onlardan bəziləri "Üzeyir Allahın oğludur" deyirdilər. Digərləri isə "Məsihin Allahın oğlu olduğuna" inanırdılar. Bu cümlə həm də Allahın yaradılışdakı hökmranlığından bəhs edir.

Əllamə Təbatəbai bu ayədən Allahın övladının olmamasını sübut edən iki dəlil istifadə etmişdir. Birinci arqument ondan ibarətdir ki, övlad sahibi olmaq təbii varlığın bəzi təbii hissələrini özündən ayırdığı zaman mümkün olur. Sonra tədrici tərbiyə ilə onu özü kimi etsin. Digər tərəfdən, Allah cism deyil. Əksinə, göylərdə və yerdə nə varsa, onun üçündür və tamamilə ona bağlıdır. Bəs necə ola bilər ki, bir məxluq onun övladı ola və onun xüsusiyyətlərinə sahib ola?

İkinci dəlil budur ki, ayəyə əsasən, Allah göyləri və yeri yaradandır. Hər şeyi nümunəsi olmadan yaradır. Ona görə də onun əməli başqalarının əməli kimi təqlid, bənzətmə ilə və tədricən olmur. hər şeyi etmək üçün vasitələrə ehtiyacı yoxdur. "Ol" deyən kimi o şey dərhal mövcud olur. Bəs biz onu necə övlad sahibi hesab edə bilərik? Bir halda ki, övladı olması üçün tərbiyə və tədricilik tələb olunur.

"İsna Əşərə" təfsirində oxuyuruq ki, «كُنْ فَيَكُونُ» ifadəsi göstərir ki, Allah iradə etdiyi zaman o şey dərhal olur. Allahın iradəsi hikmət, məsləhət və ixtiyar üzündən olur. Əşyaların yaradılması Allahın iradəsindən başqa heç bir şərt tələb etmir.

"Nur" Təfsir bu ayədən iki mesaj istifadə etmişdir:

1_ Allahın yaradması bir nümunəyə baxmadan olur. Yəni yoxdan yaradır.

2_ Allah bütün varlığı bir anda yarada bilər. Lakin onun hikməti tələb edir ki, səbəblər silsiləsi olsun və onlar tədricən yaransın.

captcha