IQNA

Quran nə deyir? /8

O şəxslər ki, tövhid qədər hörmətləri dəyərlidir

20:26 - June 11, 2022
Xəbər sayı: 3492383
Tövhid Quranda ən əsas anlayışdır və onun bütün təlimlərinin mehvəridir. Maraqlıdır ki, bu mühüm məsələnin kənarında, tövhid inancı ilə yanaşı ehtiramları dəyərli olan insanlar var.

Valideynlərə hörmət və ehtiram İslamın ən mühüm əxlaqi təlimlərindən biridir. İnsanın maddi xilqəti onların vasitəsilə baş verir və valideynlər insan həyatının vasitəçiləridir. İnsan dünyaya gəldikdən sonra da valideynlər çox əziyyətlərə, məşəqqətlərə dözür, övladını sevgi və məhəbbətlə qucaqlayır. Onlar övladını böyüdür və imkanları çatdığı qədər onların rifah şəraitini yaxşılaşdırırlar.

Əgər bir şəxs insana zərrə qədər yaxşılıq edərsə, ağıl ona təşəkkür etməyi, vacib sayır. İndi nəzərə alsaq ki, valideynlər övladlarına qarşı xeyirxahlıq rəmzidir və bütün ömürlərini onların tərbiyəsinə həsr edirlər, onlar hörmət və qiymət verilməyə ən layiq insandırlar.

Qurani-Kərim bir neçə ayədə dinin əsası olan tövhid əmri ilə yanaşı, Allaha şükür və onlara xeyirxahlıq cərgəsində ata-anaya şükr etməyi xatırladır ki, bu da bu əməlin böyük əhəmiyyətini göstərir:

"Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin". (Bəqərə, ayə 83).

"Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!". (Loğman, ayə 14).

Yetkinlik yaşına çatdıqda və yəqin ki, valideynlərin köməyinə və dəstəyinə ehtiyacımız qalmadıqda, hələ də onlara təşəkkür etmək lazımdırmı? Valideynlər qocalıb kömək edə bilməyəndə hələ də hörmətə layiqdirlərmi?

Qurani-Kərim bir ayədə buna işarə edərək buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!". (İsra, ayə 23).

"Ehsan" yaxşılıq haqqında işlədilən ən əhatəli və geniş sözdür. Valideynlərə qarşı ehsan onların vəziyyətindən asılı olaraq maddi və ya psixoloji yardımı əhatə edir. Əziz Peyğəmbərdən (s) soruşdular ki, valideynlər vəfat etdikdən sonra da onlara yaxşılıq etmək olarmı? Həzrət buyurdu: "Bəli, onlar üçün dua edib istiğfar etməklə, öhdəliklərinə vəfa etməklə, borclarını ödəməklə və dostlarına hörmət etməklə olar". (Məcməul-Bəyan Təfsiri).

Möhsün Qiraəti "Nur Təfsir"də bu ayə ilə bağlı bəzi məqamları deyir:

1_ Tövhid bütün ilahi əmrlərin başındadır. «قَضى‌ رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ»
2_ Valideynlərə xidmət və yaxşılıq etmək əsl müvəhhid insanların sifətlərindəndir. «أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ وَ بِالْوالِدَيْنِ إِحْساناً »
3_ Ata-anaya yaxşılıq etməkdə onların müsəlman olması şərt deyil.
«وَ بِالْوالِدَيْنِ إِحْساناً»
4_ Quranın ehsan etməyə əmri valideynlər üçün deyil, uşaqlar üçündür.
«وَ بِالْوالِدَيْنِ إِحْساناً» Çünki valideynlərə sifariş etməyə ehtiyac yoxdur. Onlar təbii olaraq övladlarına yaxşılıq edirlər.
5_ Valideynlərin fiziki və ruhi ehtiyacları nə qədər çox olarsa, onlara yaxşılıq etmək bir o qədər zəruri olar. «يَبْلُغَنَّ عِنْدَكَ الْكِبَرَ».
6_Yaşlı valideynləri qocalar evinə aparmayın, yanımızda saxlayın. «عِنْدَكَ»
7- Həm yaxşılıq etmək, həm də gözəl söz demək lazımdır. «قُلْ لَهُما قَوْلًا كَرِيماً»
8-Ata-anaya yaxşılıq etməkdə və xoş sözlər deməkdə qarşılığın olması şərt deyil. Yəni onlar sənə yaxşılıq etməyiblərsə də, sən yaxşı danış.
«وَ قُلْ لَهُما قَوْلًا كَرِيماً»

Teqlər: Quran nə deyir ، ata ، Ana ، əxlaq ، yaxşılıq
captcha