IQNA

Quran nə deyir? /18

Quranda xilafət ayəsi və Məhəmməd Peyğəmbərin (s) canişininin təyin edilməsi

12:44 - July 11, 2022
Xəbər sayı: 3492535
Musanın (ə) yerinə Harunun (ə) xilafətindən bəhs edən "Əraf" surəsindən bir ayə Peyğəmbərə (s) nazil edildikdə, Peyğəmbər (s) məşhur bir kəlamla öz xilafətinə canişin təqdim etdi. Bu, bütün İslam qruplarının hədis mənbələrində dəfələrlə qeyd edilmişdir.

Musanın (ə) yerinə Harunun (ə) xilafətindən bəhs edən "Əraf" surəsindən bir ayə Peyğəmbərə (s) nazil edildikdə, Peyğəmbər (s) məşhur bir kəlamla öz xilafətinə canişin təqdim etdi. Bu, bütün İslam qruplarının hədis mənbələrində dəfələrlə qeyd edilmişdir.

Dini idarəçilik məsələsində mühüm mövzulardan biri də hakimin müəyyən edilməsidir. Süleyman peyğəmbər (ə) kimi hökumət quran peyğəmbərlərə gəlincə, Allahın Peyğəmbəri (s) hökumət kürsüsündə oturur. Bəs ilahi peyğəmbər (s) vəfat etdikdə onun yerinə hakimiyyət məsələsində kim keçməlidir?

Xilafət adlanan bu məqam İslam Peyğəmbəri (s) Mədinədə hökumət qurduğu zaman bir məna kəsb edir. Amma Peyğəmbər (s) bütün İslam qruplarının hədis mənbələrində dəfələrlə qeyd olunan məşhur hədisə əsasən, özünə canişin təyin etdi. Bu hədis Quranın Həzrət Musa (ə) haqqındakı ən məşhur ayələrindən biri ilə bağlıdır ki, "Xilafət ayəsi" kimi tanınır:

"Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!" (Əraf, 142).

Həzrət Muhəmməd (s) Xilafət ayəsinə işarə edərək, Əli ibn Əbi Talibə xitab edərək buyurdu: "Sən mənim üçün Musa ilə müqayisədə Harun kimisən; Yalnız məndən sonra peyğəmbər olmayacaqdır".

Bu kəlamı İslam Peyğəmbəri (s) dəfələrlə qeyd etmişdir. Lakin ən məşhuru hicri 9-cu ildə (miladi 631-ci il) Təbuk döyüşü zamanı Peyğəmbər (s) bu bölgəyə getməzdən əvvəl Mədinədə İmam Əlini (ə) canişin seçdiyi zaman olmuşdur. Mədinənin idarəçilik işlərini ona həvalə etdi. Təbuk bölgəsinin uzaqlığını və İslam Peyğəmbərinin (s) olmadığı müddətdə münafiqlərin xəyanətkar hərəkətlərinin mümkünlüyü nəzərə alındıqda, İmam Əlinin (ə) canişinliyi xüsusi əhəmiyyət kəsb edirdi. Amma bu seçimdən asılı olmayaraq, Həzrət Məhəmmədin (s) İmam Əlinin (ə) fəziləti haqqında dediyi söz elə idi ki, İslam Peyğəmbərinin (s) səhabələrindən heç bir başqa şəxs barədə təkrarlanmayan xüsusi bir canişinlik nəzərdə tutduğunu göstərir.

Bu rəvayət İmam Əlinin (ə) vilayətinə aid olan Qədir-Xum hadisəsi ilə yanaşı çox əhəmiyyətlidir. Çünki, hər şeydən əvvəl, bu hədis müxtəlif məqamlarda Peyğəmbərdən (s) eşitilmişdir ki, ən mühümü Təbuk döyüşüdür. İkincisi, bu hədisin ibarətləri peyğəmbərlikdən başqa o həzrətin bütün vəzifələrini açıq şəkildə Əli İbn Əbi Talibə (ə) aid edir. Həmçinin vəfat etdiyi günə qədər heç vaxt onu bu məqamdan almadı və bu mövqe İmam Əli (ə) üçün həmişə davam etdi.

Mərhum İbn Əsakir "Şam şəhərinin tarixi" kitabında bu hədisi 144 vasitəylə, Nəsai adlı başqa bir alim isə müxtəlif ravilərlə birlikdə 33 vasitəylə nəql etmişdir. Bu hədisi rəvayət edən bəzi mötəbər və etibarlı mənbələr bunlardır:

1_ Səhih Müslim, 12-ci cilddə
2_ Səhih Buxari, cild 12, səh.42
3_ Sünən Tirmizi, cild 12, səh.193
4_ Sünən İbn Macə, 1-ci cild, səh 128
5_ Müsnəd Əhməd, 3-cü cild, səh.418
6_ Əl-Müstədrək Ələs-Səhihəyn: 3-cü cild, səh 109
7_ Əl-Mucəmul-Kəbir, 4-cü cild, səh.4

captcha