IQNA

Hindistanda Ayodhya məscidinin tikintisi 2023-cü ilə qədər başa çatdırılacaq

18:46 - November 13, 2022
Xəbər sayı: 3493254
Hindistanın Ayodhya bölgəsindəki Danipur kəndindəki məscidin rəsmiləri və tikinti qrupunun elanına görə, bu məscidin tikintisi 2023-cü ilin dekabrında başa çatacacaq.

"İQNA", "The Telegraph India"-ya istinadən xəbər verir ki, Hindu-İslam Mədəniyyəti Fondunun katibi Əthər Hüseyn bildirib: "Məscidin tikintisinə başlamaq üçün bu ayın sonuna qədər təklif etdiyimiz məscid, xəstəxana, ümumi mətbəx, kitabxana və tədqiqat mərkəzinin planını Ayodhya İnkişaf Təşkilatından alacağımıza ümid edirik".

Ayodhyanın Danipur kəndindəki məscidin tikintisinin 2023-cü ilin dekabr ayının sonuna qədər (gələn ilin dekabrında) tamamlanacağı gözlənilir. Beş hektarlıq Movləvi Əhmədullah Şah kompleksinin digər hissələri isə sonradan tikiləcək.

Uzun müddətdir davam edən Ayodhya mübahisəsi ilə bağlı qərarında Ali Məhkəmə bir vaxtlar Babri Məscidinin yerləşdiyi 11200 kvadrat metrlik ərazidə Ram məbədinin tikintisinə göstəriş verdi. O, Uttar-Pradeş əyalətində məscid tikintisi üçün müsəlmanlara 20234 kvadratmetr ərazinin ayrılmasına göstəriş verib.

Hindistanın Ayodhya şəhərində məscid tikintisi layihəsinin əsas memarı bu məscidin tikilməsinin məqsədini fərqləri aradan qaldırmaq və bu bölgədəki müxtəlif icmalar arasında körpü yaratmaq olduğunu bildirmişdir.

4099098

captcha