IQNA

Küveytin Quran minbəri dərnəyinin Suriya və Somali üçün xeyirxah planı

9:52 - November 19, 2022
Xəbər sayı: 3493279
Küveytin Quran Minbəri Dərnəyi Somali və Suriyada 200 katarakt əməliyyatı etməyə hazır olduğunu açıqlayıb.

"İQNA", "Əl-Ənba"-ya istinadən xəbər verir ki, Küveyt Quran Minbəri Dərnəyinin idarə heyətinin sədri Məhəmməd Əl-Şətti bildirib ki, dərnək Somali və Suriyada katarakta xəstələri üçün 200 cərrahiyyə əməliyyatı aparmaq üçün yeni xeyriyyə layihəsini təqdim edib. Bu xeyriyyə, xüsusilə iki ölkənin yoxsul insanlarına aid ediləcək.

O əlavə edib ki, bu əməliyyatın qiyməti hər xəstə üçün qırx Küveyt dinarından çox deyil. Bununla xəstə görmə qabiliyyətini bərpa edə və normal həyatına qayıda bilər.

O, çıxışının digər hissəsində imkanı olanlardan bu layihənin həyata keçirilməsinə köməklik göstərməyi və savabına şərik olmağı istəyib.

4100202

captcha